top of page

Oyunlar müxtəlif ölkələrin yüzlərlə media əməkdaşı tərəfindən dünyaya yayınlandı. O vaxt dövrünün məşhur jurnalistlərindən Frans Reichelin təşəbbüsü və rəhbərliyi  ilə  Fransa İdman Klubunun mənzil-qərarğahında, boks rinqində 29 ölkəni təmsil edən jurnalistlərin toplantısı keçirildi və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının – AİPS-in təməli qoyuldu. Qurumun adı və abbleviaturası da fransız dilində təsdiq olundu – “ Association İnternationale de la Presse Sportive”. Frans Reichel AİPS-in yaradıcısı və ilk prezidenti oldu.

İlk konqresdə iştirak edən ölkələrdən səkkizi - Fransa, Belçika, İsveç, İtaliya, Polşa, Macarıstan, Almaniya və Avstriya AİPS nizamnaməsinə uyğun milli birliklər yaradaraq öz jurnalistlərini  bu qurumlar ətrafında birləşdirdilər. Beləliklə, həmin ölkələrin milli idman yazarları assosiasiyaları AİPS-in təsisçiləri hesab edilirlər. 2 iyul 1924-cü il isə təşkilatın yaranma tarixidir.

 

 

PARİSDƏN BAKIYA – 90 İL

Fransa, Paris, 5 – 27 iyul 1924-cü il. Həmin dövrdə burada – müasir olimpiya hərəkatının banısı baron Pyer de Kubertenin doğma şəhərində dünyanın  44 ölkəsindən 3089 idmançının  qatıldığı VIII Yay Olimpiya Oyunlarında 17 idman növü üzrə 126 medal qazanılmışdı.

AİJA-nın təməli ölkəmizin müstəqillik qazanmasından 4 il sonra, 10 yanvar 1995-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin akt zalında, nazirlik rəhbərlərinin, idman ictimaiyyətı  və media nümayəndələrinin iştirakı ilə qoyulub, 6 noyabr 1995-ci ildə isə ədliyyə nazirliyi kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınıb, iki ildən sonra AİPS üzvlüyunə qəbul olunub. Yaradıcı media əməkdaşlarının ictimai, peşəkar birliyi 19 il ərzində inkişaf edib, möhkəmlənib, səmərəli və məqsədyönlü fəaliyyəti ilə tanınıb, məşhurlaşıb.

AİPS-in hər il ali forumu – konqresi keçirilir. Bu konqreslərin coğrafiyası bütün yer kürəsini əhatə edir. Paris (Fransa), London (Böyük Britaniya), Berlin (Almaniya), Brüssel (Belçika), Bazel (İsveçrə), Mexiko (Meksika), San Paulo (Braziliya), Toronto (Kanada), Nyu York (ABŞ), Seul (Koreya), Kuala Lumpur (Malayziya), Montevideo (Uruqvay), Marrakeş (Morok), Doha (Qətər), Kinşasa (Zair)... 

AİJA  Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyinə arxalanaraq  19 illik fəaliyyəti dövründə ən məsuliyyətli, eyni zamanda şərəfli bir işin təməlini qoymuş, üzv olduğu dünya təşkilatınin yaradılmasının 90 illik yubileyinə təsadüf edən 77-ci konqresin  Azərbaycan paytaxtı Bakıda keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Bu təşəbbüs ölkə rəhbərliyi  tərəfindən bəyənildikdən sonra  2 il əvvəl, 2012-ci ilin yanvarında Avstriyanın İnnsbrusk şəhərində, AİPS-in 75-ci konqresində  yekdil səslə qəbul edildi.

Tədbirin 2014-cü il aprelin 26-dan mayın 1-dək Bakıda keçirilməsi qərarından sonra 2 il ərzində böyük hazırlıq işləri görülmüş, təşkilatı tədbirlər həyata keçirilmiş, konqresə aid  xüsusi http://www.aips2014.az  internet saytı yaradılmış, ölkələrin milli idman jurnalistləri assosiasiyalarına, eyni zamanda mötəbər beynəlxalq idman qurumlarına həm sayt vasitəsilə, həm də fərdi qaydada salamlama və dəvət məktubları ünvanlanmışdır.

Beşulduzli “JW Marriott Absheron Baku” mehmanxanası beş gün dünyanın 112 ölkəsini təmsil edən 265 nəfər qələm, söz və fikir adamının ixtiyarına verildi.

bottom of page